ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

      Məktəbdə coğrafiya müəllimi Ramilə Məmmədlinin təşkilatçılığı ilə "7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində 8 noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
     Tədbirdə Respublikamızın şəhid generalı Polad Həşimovun anası hörmətli Səmayə ana,şəhid Elçin Həsənlinin anası Xatirə müəllimə,şəhid Vüsal Musayevin anası Vüsalə xanım və şəhid Toğrul Haciyevin anası İlhamə müəllimə, məktəb rəhbərliyi, müəllimlər,şagirdlər iştirak ediblər.
     Tədbir Azərbaycan Respublikasının Himni ilə başlayıb. Şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. 1a sinif şagirdlərinin ifasında "Gözəl Vətən" mahnısı səsləndirilib.6a sinif şagirdləri öz rəqsləri ilə çıxış ediblər. Şagirdlərin Zəfər Gününə həsr etdikləri  "Qarabağ Azərbaycandır" adlı kiçik kompozisiyaları nümayiş etdirilib.
      Musiqi müəlliməsi Gülnarə Mirzəcanovanın hazırladığı "Salamat qal,ana" və "Azərbaycan-Türk bayrağı" ifası xor olaraq səsləndirilib. 8r sinif şagirdi Pəri "Anacan ağlama" mahnısını səsləndirib. 6b sinif şagirdi Bağırlı İzzət "Xudayar təsnifi"ni ifa edib. 
     Sonda Səmayə ana başda olmaqla şəhid anaları çıxış edərək şagirdlərimizə öz xeyir-dualarını veriblər. Xatirə şəkilləri çəkilib.

https://youtube.com/watch?v=xipNU8VOMv0&feature=share

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi