VALİDEYN KOMİTƏLƏRİ İLƏ İCLAS KEÇİRİLİB

     24 oktyabr 2022-ci il tarixdə məktəb rəhbəri Svetlana Nəbiyeva, tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova ,məktəb psixoloqu Cəmilə Məmmədova məktəbin valideyn komitələrinin sədrləri ilə iclas keçirib. 
     İclas keçirməkdə məqsəd valideynlərin təklif və  iradları ilə tanış olmaqdan ibarət olub. Bundan əlavə  məktəbin idarəetmə sistemində tam şəffaflıq və neqativ halların aradan qaldırılması əsas məqsədlərdən olub. Məktəbdə şagirdlərin daxili nizam - intizam qaydaları ilə yaxından tanış edilməsi və görülən yeni işlərlə valideynlərin tanışlığı həyata keçirilib.Sonda valideynləri maraqlandıran suallara ətraflı cavab verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi