Uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsi çərçivəsində VII-XI siniflərin nümayəndələriylə görüş
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun birgə fəaliyyət planı əsasında ARTİ Bakı səhəri üzrə Təhsil İdarəsi ilə birlikdə “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihəyə 90 nömrəli məktəb də qoşulub. Bu məqsədlə ötən tədris ilində işçi qrupunun fəaliyyət göstərməsi üçün kabinet ayrılıb, sinif rəhbərləri, şagirdlər və valideyinlər məlumatlandırılıb. Görüşdə ötən il paylanmış təlim materialları bir daha nəzərdən keçirilib, layihənin məqsədi, iş prinsipi və fəaliyyət strukturu əhatəli müzakirə edilib.