VII-XI sinif nümayəndələriylə profilaktik söhbət
18 oktyabr 2022-ci il tarixində məktəb psixoloqu Cəmilə Məmmədova Fəaliyyət Planına əsasən VII-XI sinif nümayəndələriylə profilaktik söhbət aparıb. Yeniyetmə şagirdlərin yaş dövrünün tələb və imkanlarını nəzərə almaqla onların psixi inkişafında yaranan narahatlıqları necə aradan qaldırmaq yolları müzakirə edilib.Yeniyetmə şagirdlərin yaş böhranı ilə əlaqədar qarşılaşdıqları problemlərin həlli istiqamətində şagirdlərin fikirləri dinlənilib ,fikir mübadiləsi aparılıb,suallar cavablandırılıb.