1G sinfi şəhid Ceyhun Şalıyevi yad edib

      Məktəbin 1g sinfi şəhid Ceyhun Şalıyevin adınadır.14 oktyabr 2022-ci il tarixində məktəbin 1g sinfi 44 günlük Vətən müharibəsi şəhidi Şalıyev Ceyhun Nüsrət oğlunu  yad ediblər. Şəhid anasının ,məktəb rəhbərliyinin iştirakı ilə keçirilən anım tədbirində I sinif şagirdləri vətən haqqında şeirlər səsləndirib,Şalıyev Ceyhun  kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş igidlərin heç zaman unudulmayacağını deyiblər.
     Şalıyev Ceyhun Nüsrət oğlu 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən müharibəsində iştirak edib, oktyabrın 1-də şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!

https://youtu.be/RvHV4kGC4uw

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi