UNEC AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ MƏKTƏB RƏHBƏRLİYİNƏ TƏŞƏKKÜR MƏKTUBU GÖNDƏRİB

     Bakı şəhəri, Sabunçu rayonu, 90 nömrəli tam orta məktəbin direktoru xanım Svetlana Nəbiyevaya 

     Hörmətli Svetlana xanım,
     Sizi və rəhbərlik etdiyiniz məktəb əməkdaşlarını məzunlarınızın 2022/2023-cü tədris ili üçün keçirilmiş qəbul imtahanlarında yüksək nəticələr göstərməsi və 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə ürəkdən təbrik edir, uğurlarınızın davamlı olmasını arzu edirik!
     Nəzərinizə çatdırmaq istəyirik ki, məzunlarınız Kosayev Şəmməd Mahmud oğlu və Əhmədova Səbinə Tofiq qızı Dövlət İmtahan Mərkəzi tərəfindən 2022/2023-cü tədris ili üçün keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ("İnformasiya təhlükəsizliyi" ixtisası üzrə) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi adını qazanmışlar.
     Məzunların belə uğurlu nəticə göstərməsi Sizin və müəllimlərinizin bilavasitə fədakar əməyinin nəticəsidir. Ümid edirik ki, UNEC-a qəbul olmuş məzunlarınız özlərinin nümunəvi davranışı, biliyi ilə daha da inkişaf edəcək və məktəbinizin adını daim uca tutacaqlar. Qeyd edilənləri nəzərə alaraq, ölkəmizin gələcəyi üçün əxlaqi cəhətdən saf, mənəvi cəhətdən zəngin və fiziki cəhətdən kamil gənclər yetişdirdiyinizə görə Sizə və rəhbərlik etdiyiniz kollektiva z dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,
Prorektor
i.e.n., dos. Şaiq Əsgərov

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi