Şagirdlər 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində

    Məktəbin kitabxana müdiri Minayə Əzimova , kitabxanaçı Fəxriyyə Səfərova ,sinif rəhbəri Kifayət Məmmədovanın təşkilatçılığı ilə 10D sinif şagirdləri 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiya ediblər.
    16 ölkədən 60 xarici, 130 yerli nəşriyyat və təşkilatın təmsil olunduğu sərgi Şuşa ilinə həsr olunub,şagirdlərin marağına səbəb olub. Sərgidə qızıl fondun nadir kitablar kolleksiyasından ən qədim sənədlər, xəritələr, fərmanlar, tarixi əsərlərinə tamaşa edən şagirdlər zəngin məlumatlar əldə edib.
    Sərginin məqsədi kitab və mütaliənin təbliği və populyarlaşdırılması, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, Azərbaycanda kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi