Rixard Zorgenin anadan olmasının 127-ci il dönümü münasibətilə mərasim keçirilib

    Oktyabrın 4-də Bakının Sabunçu rayonunda Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı  Rixard Zorgenın yaşadığın evin qarşısında mərasim keçirilib. Rixard Zorgenin anadan olmasının 127-ci il dönümü münasibətilə keçirilən mərasimdə Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin rəhbərliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, yerli bələdiyyə nümayəndəsi iştirak ediblər.
Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev çıxış edərək Rixard Zorgenin həyat yolu və kəşfiyyatçılıq fəaliyyəti haqqında danışıb. Digər veteranlar da çıxışlarında Rixard Zorgenin İkinci Dünya Müharibəsindəki rolun haqqında fikirlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi