Şəhid məzunumuz Dəmirçiyev Tural Rəfail oğlunun anım günü

     Məktəbin şəhid məzunu Dəmirçiyev Tural Rəfail oğlunun anım günündə məktəb kollektivi ,şagirdlər iştirak edib. Tədbirdə  şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs edilmiş,  İkinci Qarabağ müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən danışılaraq gənclərə nümunə göstərilmişdir.Həmçinin 90 nömrəli məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
     Qeyd edək ki, Dəmirçiyev Tural Rəfail oğlu. 01.10.1992-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olmuş,  90 saylı tam orta məktəbi bitirmişdir. 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuşdur. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayan zaman  könüllü olaraq ordu sıralarına yazılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
   06.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
   Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi