2C sinif şagirdləri şəhid Gündüz Əliyevi yad ediblər
Əliyev Gündüz Etibar oğlu 30 sentyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. 30 sentyabr 2022-ci il tarixində məktəbin 2C sinif şagirdləri sinif rəhbəri İlhamə Bayramovanın təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidi Əliyev Gündüz Etibar oğlunu yad ediblər. Şəhid yaxınlarının ,direktor müavini Aygün Sadıqovanın iştirakı ilə keçirilən anım tədbirində II sinif şagirdləri qəhrəmanlıq, şəhidlik, vətən, torpaq haqqında şeirlər səsləndirib, Gündüz Əliyev kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş igidlərin heç zaman unudulmayacağını deyiblər.
Gündüz Etibar oğlu Əliyev 08 fevral 2002-ci ildə Lerik rayonunun Loda kəndində anadan olmuşdur. "Tovuz" döyüşlərinin iştirakçısı olan qəhrəman Gündüz II Qarabağ müharibəsində də böyük həvəslə iştirak edir və yüksək qəhrəmanlıqlar göstərərək adını qızıl hərflərlə tarixə yazır. Şiddətli döyüşlər gedən zaman, yaralı əsgər yoldaşlarını döyüş zonasından çıxarmaqla, düşmənə sarsıdıcı zərbələr endirməklə və xeyli sayda vanlı qüvvəsini məhv etməklə adını tarixə yazır. 30 sentyabrda Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
Gündüz döyüşə getməmişdən öncə anasına şeir yazıb:
" Mən də əsgər oldum Azərbaycana
Yolumu gözlə gələcəm
Ana şəhid olsam
Qəbrim üstə ağlama
Bayramlarda bayram payı saxlama
Yolumu gözlə gələcəm ana
Gəlib göz yaşını siləcəm ana"
Ruhu şad olsun!