Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə maarifləndirici tədbir keçirilib
30 sentyabr 2022-ci il tarixində 90 nömrəli tam orta məktəbdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqu metodisti Heyran Səfərovanın təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Sabunçu rayonu ümumtəhsil məktəblərinin uşaq birlikləri, məktəb psixoloqları,valideyn komitələrinin iştirakı ilə keçən tədbirdə narkomanlıq probleminə dair maarifləndirici söhbətlər aparılıb,narkotik asıllığın yaranma səbəbləri haqqında geniş məlumat verilib.
Tədbir iştirakçılarına Dövlət Komissiyası tərəfindən hazırlanan sertifikatlar, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabçalar təqdim edilib.