Anım Günü ilə əlaqədar şəhid məzunlarımızın xatirəsi üçün yaradılan muzeyin açılışı olub

      27 sentyabr məktəbdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan muzeyin açılışı olub. Muzey məktəbimizin məzunu olmuş şəhidlərin xatirələrinin əbədiləşdirilməsi və gələcək nəsillərə tanıdılması məqsədi ilə yaradılıb.
     Məktəbdə şəhidlərin xatirəsi üçün yaradılan muzeyin açılış mərasimində şəhid anaları ,şəhid ailələri,Sabunçu rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Məmmədova Elnarə ,Ramana Bələdiyyə sədri Turqay Qəribov ,Ramana Qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Osmanov Arif ,məktəb rəhbərliyi ,müəllim və şagird kollektivi iştirak edib. 
     İlk öncə  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə məktəb rəhbəri Svetlana Nəbiyeva şəhid analarını , ailələrini , tədbir iştirakçılarını salamlayıb və  44 günlük Vətən müharibəsindən ,şəhid məzunlarımızdan danışıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan əsgəri 30 illik Vətən həsrətinə son qoyaraq, torpaqlarımızı yağı düşməndən azad etdi. Haqq savaşı uğrunda canlarını fəda edən şəhidlərimiz əsl qəhrəmanlıq dastanına çevrildilər. Bu gün onların qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir. 
     Şagirdlər şəhidlər haqqında ,vətənpərvərlik mövzusunda şeirlər ,ədəbi bədii kompozisiya səsləndiriblər.Həmçinin qeyd edilib ki, muzey məktəbin tarix  müəllimi Məhsəti Səfərinin təşkilatçılığı ilə məktəb şagirdlərinin və valideynlərinin əl işlərindən ibarət təşkil etdiyi yarmarkada toplanan vəsait əsasında ərsəyə gəlib. Layihənin məqsədi məktəbin məzunu olmuş şəhidlərin keçdiyi döyüş yolu və igidliklərini təbliğ etməklə gənclər arasında vətənpərvərlik ruhunun daim yüksək olmasına töhfə verməkdən ibarətdir. Diqqətə çatdırılıb ki, məktəbdə yaradılan muzeydə Seyidov Əli ,Dəmirçiyev Tural ,Manafov Osman ,Əliyev Abbas,Məmmədov Elcanın xatirələri əbədiləşdirilib. Onlara məxsus fotolar, həmçinin əşyalar muzeydə nümayiş olunur. 
     Seyidov Əli 11.07.1999-cu ildə Bakı şəhərində anadan olub.2006-cı ildə Sabunçu rayonu Rixord Zorge adına 90 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur.  Vətənpərvərliyi ilə,cəsarəti ilə seçilən şagirdlərdən biri olmuşdur. 2017-ci ildə məktəbi bitirmişdir.
  2020-ci il oktyabr ayının 4-də Qarabağ  döyüşlərində Suqovuşanın azad olunması uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmışdır. Ruhu şad olsun!
     90 nömrəli tam orta məktəbin məzunu  Dəmirçiyev Tural  Rəfail oğlu 01.10.1992-ci ildə anadan olmuşdur. 1999-cu ildə Rixord Zorge adına 90 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2010-cu ildə məktəbi əla qiymətlərlə bitirmişdir. 
      Dəmirçiyev Tural  Rəfail oğlu Vətənin dar günündə könüllü olaraq Füzuli istiqamətində, ön cəbhədə gedən döyüşlərdə iştirak etmiş,oktyabr ayının 7-də Qarabağda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olmuşdur.Məkanı cənnət olsun!
     90 nömrəli tam orta məktəbin məzunu Manafov Osman Natiq oğlu 1991-ci illdə Bakı şəhərində anadan olmuşdur.1999-cu ildə məktəbimizin 1-ci sinfinə daxil olub.2010-cu ildə 90 nömrəli tam orta məktəbin məzunu olmuşdur. 2016-ci ildə Aprel döyüşlərində iştirak etmiş, göstərdiyi şücaətə görə fəxri fərmanla təltif olunmuşdur. 2020-ci ildə könüllü olaraq İkinci Qarabağ müharibəsinə qatılmışdır. Bir aydan çox döyüşlərdə iştirak etmişdir. Döyüş müddətində 2 zirehli tank , 78 düşmən qüvvəsini qəhrəmancasına məhv etmişdir. Vətəninə, xalqına bağlı olan Manafov Osman Natiq oğlu 27 oktyabr 2020-ci il tarixində Laçın döyüşlərində şəhid olmuşdur. Vətənə əmanət körpə oğul atası olan Şəhidimiz Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalıb. Məkanı cənnət olsun! 
     Əliyev Abbas Salam oğlu 9 yanvar 1988-ci ildə anadan olmuşdur. 1994-cü ildə 90 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur.2015-ci ildə məktəbimizdə məzun olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Allah rəhmət eləsin! 
     Məmmədov Elcan Zöhrab oğlu 1989-cu ildə Tərtər rayonunda anadan olub. 2011-ci ildə universiteti bitirib, hərbi xidmətə yola düşüb. Xidmətini Cəlilabad rayonu Göytəpə qəsəbəsi N saylı hərbi hissədə başa vurub.2018-ci ildə öz istəyi ilə xüsusi kurs keçərək leytenant rütbəsinə yiyələnmişdir. 2020-ci il sentyabrın 27-si ikinci Vətən müharibəsi döyüşlərində Talış yüksəklikliyi istiqamətində komandiri olduğu tabor bu istiqamətdə hücuma keçmiş və xeyli düşməni məhv edərək şəhidlik zirvəsinə ucalmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi