ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT OLUNUB

      Məktəbimizin 6B və 6E sinfi tərəfindən Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib. 6B sinif rəhbəri Humay İsmayılova,  6E sinif rəhbəri Səma Bağırovanın rəhbərliyi ilə şagirdlər şəhid Əli Seyidov və şəhid Tural Dəmirçiyevin ailəsinə ziyarət ediblər.Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə təşkil olunan ziyarətdə məktəblilər tərəfindən şeirlər səsləndirilib.
     Tural Dəmirçiyev- 1992-ci il, oktyabrın 1-də Bakı şəhərində anadan olub. 1999- cu ildə R.Zorge adına 90 saylı orta məktəbdə təhsil almağa başlayıb.T.Dəmirçiyev sentyabrın 21- də könüllü olaraq hərbi səfərbərliyə cəlb olunan hərbçilərimizdən idi. 5 oktyabr 2020- ci ildə Füzuli rayonu istiqamətində əks- hücum əməliyyatı zamanı qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalmışdır. 
     Əli Seyidov - 1999- cu il 11 iyul tarixində Bakı şəhərində anadan olmuşdur. 2006- cı ildə R.Zorge adına 90 saylı orta məktəbdə təhsil almağa başlayıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatına qatılan Əli Seyidov 2020- ci il , 4 oktyabrda Tərtər- Suqovuşan döyüşlərində şəhid olmuşdur.
     Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim əziz tutulur.

https://youtu.be/PQTJObq0ANY

https://youtu.be/iggw9jE-ehE

https://youtu.be/hdRvZGPrf9Q

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi