8A sinfi şəhidlərimizi anıb

     Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasından iki il ötür. 44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, o cümlədən Dağlıq Qarabağın bir hissəsini azad edib, Şuşaya bayrağını sancıb, Zəfər gününü təsis edib.
     Müharibə qəhrəmanlarının əziz xatirəsinini yad etmək üçün məktəbimizin 8A sinfinin sinif rəhbəri Cəmşidova Tahirə, Azərbaycan dili və Ədəbiyyat müəllimi Cəfərova Günel və 8A sinif şagirdləri Ramana kənd qəbiristanlığında dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət etdilər. Şagirdlər şəhidlərin məzarlarını önündə şeirlər səsləndirdilər, onların müqəddəs xatirəsinı ehtiramla yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi