İLK DƏRS GÜNÜ

     Məktəbdə 15 sentyabr 2022-ci il tarixində ilk dərs günü  ilə bağlı keçirilən  rəsmi tədbirdə Şəhid anaları və ailələri ,məktəb rəhbərliyi, müəllimlər,valideynlər və şagirdlər iştirak ediblər. 
     Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
     Məktəb rəhbəri Svetlana Nəbiyeva qeyd edib ki, düşmən silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub. Bildirib ki, Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, yaralılarımıza Allahdan şəfa diləyirik! Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daima qəlblərdə yaşayacağını, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacağı qeyd edib.
     Qəhrəman şəhidlərimiz -Seyidov Əli,Manafov Osman,Məmmədov Elcan ,Hüseynov Samirin valideynləri çıxış edərək şagirdlərə öz arzularını bildiriblər ,həmçinin bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıblar. 
     Direktor müavini Aygün Sadıqova şəhid analarını salamlayaraq nümunəvi övladlar tərbiyə etdikləri üçün onlara sonsuz ehtiramını və təşəkkürünü bildirib. Həmçinin bildirib ki, Şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq Bilik Günü təntənəli şəkildə qeyd edilmir.
      Daha sonra şagirdlərin ifasında vətənpərvərlik şeirləri səslənib. Şagirdlər öz siniflərinə yola salınıb,ilk dərslər "Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi