Şəhid Gündüz Əliyevin əziz xatirəsi yad edilib
Şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.
Şəhid Gündüz Əliyev Etibar oğlu 18.07.2001-ci ildə Lerik rayonunun Loda kəndində anadan olub. 30 sentyabr 2020-ci ildə Tərtər istiqamətində ,Ağdərə istiqamətində , Suqovuşanda şəhidlik zirvəsinə yüksəlib. Şəhid Gündüz Əliyev Etibar oğlu Lerik rayonunun Loda kəndində dəfn olunub.
19 iyul şəhidimizin adına bulaq açılışı olub. Şəhidlərimizin əziz xatirəsi yad edilib, məktəbli şagirdlərin şeirləri dinlənilib ,şəhidimizin ailəsi ziyarət olunub.
Şəhid Gündüz Əliyevin əziz xatirəsinə sinif rəhbəri İlhamə Bayramovanın təşkilatçılığı ilə 1C sinif şagirdlərinin və 90 nömrəli tam orta məktəb adından gül çələngi göndərilib .Şəhid ailəsi məktəb rəhbərliyinə qayğı və diqqətinə görə öz təşəkkürlərini bildirib.