XI SİNİF ŞAGİRDLƏRİNƏ ATTESTATLAR TƏQDİM OLUNUB

      Məktəbin XI sinfini bitirən məzunlarına tam orta təhsil haqqında attestatlar verilib. Attestatları təqdim edən məktəb rəhbəri Svetlana Nəbiyeva məzunları tam orta təhsili bitirməkləri münasibəti ilə bir daha təbrik edib, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Həmçinin buraxılış imtahanında yüksək nəticə göstərən ,məktəbi əla qiymətlərlə bitirən  11C sinif şagirdi Məmmədova Nərmin Ceyhun qızına fərqlənmə attestatı təqdim olunub . Məktəb rəhbəri buraxılış imtahanında yüksək nəticə əldə etməsi münasibəti ilə Məmmədova Nərmini təbrik edib ,sertifikatla mükafatlandırıb.
     Qeyd edək ki, Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası” əsasında məzunlara təqdim olunub. Sonda məktəb rəhbərliyi ,sinif rəhbərləri və məzunlarla xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi