İxtisasartırma təlimində müəllimlərimizə sertifikatlar təqdim olunub

     15 iyun tarixində TAİM Əlavə Təhsil Müəssisəsi tərəfindən “Pedaqoji fəaliyyətə müasir yanaşmalar” üzrə ixtisasartırma təliminin sertifikatlarının təqdimat mərasimi keçirilmişdir.
     TAİM-in direktoru Ülviyyə Məmmədova əvvəlcə müəllimləri Milli Qurtuluş günü və tədris ilinin bitməsi münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Sonra təlimdə iştirak edən müəllimlərə hüquqi qüvvəyə malik dövlət nömrə nişanlı sertifikatlar təqdim edilmişdir.
     Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimləri Günel Cəfərova və Pərvanə Abdullayeva,coğrafiya müəllimi Ramilə Məmmədli sertifikatla təltif olunmuşlar.
Qeyd edək ki, “Pedaqoji fəaliyyətə müasir yanaşmalar” üzrə ixtisasartırma təlimi 72 akademik saat olmaqla 12 kreditdən ibarətdir və təlimlər  Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi