“Son zəng” tədbiri keçirilib

      İyunun 14-də məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə şəhid məzunlarımızın Seyidov Əli ,Dəmiçiyev Tural, Manafov Osmanın anası məktəb rəhbərliyi, müəllimlər ,XI sinif məzunları, valideynlər iştirak edib. Məktəb həyətində keçirilən  “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. 
     Məktəb rəhbəri Svetlana Nəbiyeva tədbiri açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib, onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə edib.Şəhid məzunlarımızın anaları çıxış edərək ,məzun şagirdlərimizin təbrik edib ,göstərilən diqqət və qayğıya görə, təşkil olunan möhtəşəm tədbirə görə məktəb rəhbərliyinə xüsusi təşəkkürlərini bildiriblər. Direktor müavinləri Gültəkin Səlimova ,Aygün Sadıqova çıxış edərək məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıblar. 
     Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.Tədbir zamanı mahnı və rəqslərdən ibarət maraqlı proqram nümayiş etdirilib.Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərmanlarla təltif olunub.Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub, sonda, “Son zəng” çalınıb.

https://youtu.be/Xf7MxoWA45w https://youtu.be/w64Wrm-7wSc https://youtu.be/44qIJa1Z3kA https://youtu.be/k1_Ls4WmBaU https://youtu.be/BwbAPyYcLhM https://youtu.be/JGtuIgW24_8 https://youtu.be/8VWRyHCJzhg https://youtu.be/pvM4ub-yxb4 https://youtube.com/shorts/e0fQlsdDaKA?feature=share https://youtube.com/shorts/hmNPgetLaiU?feature=share https://youtube.com/shorts/KIQcvgC8brA?feature=share https://youtube.com/shorts/E_RujFpkrao?feature=share

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi