XI sinif şagirdləri ilə maarifləndirici seminar keçirilib

      Məktəbin akt zalında Bakı Şəhər Təhsil İdarəsinin baş psixoloqu Səidə Əhmədova və Bakı Dövlət Universitetinin psixoloqları Müşfiq Mustafayev, Səbinə Cəbrayılova ,Ramin Allahverdiyev , Hüseyn Xəlilov Sabunçu rayon məktəbləri üzrə  XI sinif şagirdləri ilə maarifləndirici seminar keçirib. 
     "İmtahan zamanı yaranan psixoloji gərginliklər" ,"Şagirdlərdə imtahandan əvvəl və sonra depresiyaya səbəb olan amillər","Yeniyetmələri asılılığa aparan əsas amillər və onların aradan qaldırılması üsulları" mövzusunda maraqlı söhbətlər aparılıb. Şagirdləri maraqlandıran suallara cavab verilib ,həmçinin özünəinam, diqqət və konsentrasiya, stress, həyəcan, ümidsizlik, qərarsızlıq və s. kimi mövzulara toxunulub və şagirdlərə dəyərli tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi