"İnkişafa aparan yol" mövzüsünda tədbir keçirilmişdir

Bu gün məktəbimizin kitabxanasında oxucularla "İnkişafa aparan yol" mövzüsünda tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, kitabxanamızın aktiv oxucuları və kitabxanaçılar iştirak edirdilər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Aparıcılar dövlətimizin müstəqillik qazandıqdan sonra əldə etdiyi uğurlardan danışdılar. Sonra mövzunu əks etdirən rolik izlənildi. Oxucular tərəfindən şeirlər səsləndirildi. Sonda söz məktəbimizin direktoru Q.Qazıbəyovaya verildi. O, şagirdləri qarşıdan gələn17 Noyabr "Dirçəliş Günü" münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi