"Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb turu yekunlaşdırılıb

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11.02.2022-ci il tarixli F-61 nömrəli əmrinə əsasən Ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb turu 31.05.2022-ci il tarixində yekunlaşıb.     Müsabiqənin şərtlərinə əsasən şagirdlər verilmiş zaman intervalında məktəb kitabxanasından götürülmüş 5 bədii əsəri mütaliə etməli və onların məzmunu, əsərdən çıxardıqları nəticə, əsərin yaratdığı təəssüratlar barədə tərtib etdikləri gündəlikdə qeydlər aparmalıdırlar. Rəylərin orijinallığı, fikirlərin kreativliyi, gündəliyin tərtibatı və s. meyarlar əsasında hazırlanmış gündəliklər dəyərləndirilərək müsabiqənin şəhər mərhələsinə göndərilməlidir. 03.06.2022-ci il tarixində 90 nömrəli məktəbdə müsabiqədə İştirak edən şagirdlərlə məktəb turunun final görüşü baş tutub. Görüşdə məktəb kitabxanasınin müdiri M.Əzimova , Azərbaycan dili və Ədəbiyyat müəllimləri G.Cəfərova və H.İsmayılova  iştirak ediblər. Hazırlanmış gündəliklər nəzərdən keçirildi, tələb olunan mevarlara uyğun olan gündəliklər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndəriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi