Şəhid Rahət İsayevin valideynləri ilə görüş

     Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının təbliği və məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə  ,məktəblilərin şəhidlərimizin vətənpərvərliyi və qəhrəmanlığı barədə məlumatlandırılması üçün məktəbdə  davamlı işlər aparılır.
     31 may 2022-ci il tarixində Şəhid valideynləri Rahət İsayevin adını daşıyan 4F sinfində qonaq olublar. Şagirdlər hazırladıqları kompozisiyanı təqdim edib, vətənpərvərlik mövzusunda şeirləri səsləndiriblər. Sinif rəhbəri Südabə Şükürova şəhid valideyinləri ilə görüşdə şəhidlərə xalqımızın sonsuz sevgi və ehtiramından danışıb. 
     Məktəb rəhbəri Svetlana Nəbiyeva qeyd edib ki,Şəhidlər bizim qürur mənbəyimizdir. Onları heç vaxt unutmayacağıq və qəlbimizdə hər zaman yaşadacağıq.Həmçinin bildirilib  ki ,siniflərə şəhidlərimizin adlarının verilməsi şagirdlərin Vətənə məhəbbət hissinin, vətənpərvərlik duyğularının daha da yüksəlməsində və təhsildə daha böyük uğurlar qazanmalarında mühüm rol oynayır. Sonda Şəhid valideynləri şagirdlərə şəhid Rahət İsayevin rəsmlərini  hədiyyə ediblər.
     Qeyd edək ki, Rahət Rafət oğlu İsayev 2000-ci il dekabrın 26-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.Azərbaycan Ordusunun əsgəri olan Rahət İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahət İsayev noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Noyabrın 18-də Biləsuvar rayonunda dəfn olunub.
     Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Rahət İsayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahət İsayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. 
     Ruhu şad olsun !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi