ASUDƏ VAXTIN SƏMƏRƏLİ TƏŞKİLİ
Şagirdlərin sağlam həyat tərzi və asudə vaxtlarının səmərəli təşkili təlim-tərbiyə sisteminin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə 28 may 2022-ci il tarixində məktəbin 8A sinif şagirdləri sinif rəhbəri Aidə Qoşnaliyevanın başçılığı ilə Şamaxı , İsmayıllı , Qəbələ rayonlarına səfər ediblər.
Şagirdlərin bölgələrə ekskursiyalarının təşkil olunması onlara ölkəmizin səfalı yerlərini, tarixini dərindən öyrənmək imkanı yaradır, həmçinin şagirdlərin tədrisə motivasiyası baxımından müsbət nəticələr verir.