28 May Müstəqillik Günü ilə bağlı tədbir

      27 may 2022-ci il tarixində məktəbin akt zalında 28 May Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Tarix müəllimi Məhsəti Səfərinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 104 illiyinə həsr olunub.Tədbirdə "Quba Soyqırımı Memorial Kompleksi"nin direktoru tarix üzrə fəlsəfə doktoru  Rəxşəndə Bayramova və muzeyin əməkdaşı tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı iştirak edib və şagirdlər qarşısında dövlətçilik ənənələrimiz və azərbaycançılıq anlayışı barədə maarifləndirici çıxışlar ediblər.Məktəb rəhbəri Svetlana Nəbiyevanın iştirakı ilə keçən tədbir 10A sinif şagirdlərinin hazırladığı  maraqlı kompozisiya ilə başa çatıb. Tədbir hər kəsdə xoş təəssürat yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi