28 May -Respublika Gününə həsr olunmuş sərgi

      Məktəbdə 27 may 2022-ci il tarixində 28 May -Respublika Gününə həsr olunmuş divar qəzetlərindən və rəsmlərdən ibarət sərgi təşkil olunub. Şagirdlər divar qəzetlərində vətənə və müstəqilliyə aid məlumatlar ,fotolar ,rəsmlər əks etdiriliblər. Sərgi hamı tərəfindən maraqla qarşılanıb. Qeyd olunub ki, Xalqımızın şanlı tarixinə daxil olan 28 May 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür.  Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi