Məktəbdə xeyriyyə yarmarkası keçirilib

      26 may 2022-ci il tarixində məktəbdə xeyriyyə yarmarkası keçirilib.    Yarmarkada 2,4,5,6,7,10,11-ci sinif şagirdlərinin əl işləri satışa çıxarılıb. Məktəblilərin təqdim etdikləri bəzək əşyaları, təbii güllər, süni güllər, muncuqlardan ibarət əl işləri ,şirniyyat, kitablar, şəkillər və digər əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
      Xeyriyyə məqsədilə keçirilən yarmarkadan əldə olunan vəsait ilə şəhid məzunlarımıza muzey yaradılması nəzərdə tutulub.Şagirdlərin hərtərəfli formalaşmasını təmin etmək, uşaqlarda yaradıcılıq qabiliyyətini, eləcə də gələcək həyatlarında lazım olacaq sosial vərdişlərin inkişafını dəstəkləmək məqsədilə keçirilən xeyriyyə yarmarkası məktəb,müəllim, valideyn və şagird birliyinin nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi