Şəhid İbrahimli Məhəmmədəlinin ailəsi ziyarət edilib

      Şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı göstərmək hər kəsin borcudur. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla ziyarət edilməsi məqsədilə 25 may 2022-ci il tarixində məktəb rəhbəri Svetlana Nəbiyeva, tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova, məktəbin bir sıra müəllimləri , 5A sinif şagirdləri və sinif rəhbəri Zülfiyyə Hacıyeva , 7D sinif şagirdləri Şəhid İbrahimli Məhəmmədəlinin ailəsini ziyarət ediblər. Şəhid Məhəmmədəli İbrahimlinin anası İlhamə xanımla qəhrəman şəhid haqqında söhbət açılıb. 
     Bildirilib ki, Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-də Suqovuşan uğrunda döyüşlərdə hər iki qolundan və ayağından yaralanıb. Xəstəxanaya yerləşdirildikdən üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıdıb. Məhəmmədəli İbrahimli oktyabrın 13-də Ağdərə istiqamətində düşmən postuna kəşfiyyat bölüyünün hücumunda iştirak edib. Döyüş yoldaşlarının həlak olduğunu görən Məhəmmədəli təkbaşına düşmən səngərinə hücum edib. O, qumbara ilə 20-dən çox düşmən əsgərini məhv edib, özü isə şəhidlik zirvəsinə ucalıb. Ailəsinin iki aydan çoxdur xəbər gözlədiyi şəhidin nəşini ərazidən 63 gün sonra götürmək mümkün olub. Məhəmmədəli İbrahimli dekabrın 15-də Sabunçu rayonundakı Şəhidlər Xiyabanında dəfn edilib. Ruhu şad olsun !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi