28 May – Respublika Gününə həsr olunan "Bilik" yarışı

      25 may 2022-ci il tarixdə məktəbin akt zalında 28 May – Respublika Gününə həsr edilmiş IV sinif şagirdləri arasında “Bilik” yarışı keçirilib. 
     28 May Respublika Günü münasibətilə təşkil olunan "Bilik" yarışının keçirilməsində məqsəd yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək və eyni zamanda şagirdlər arasında intellektual səviyyəni yüksəltmək, onların bilik və bacarıqlarını artırmaqdan ibarətdir. Yarışda məktəb direktoru Svetlana Nəbiyeva , tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova ,məktəb psixoloqu Cəmilə Məmmədova ,kitabxana müdiri Minayə Əzimova iştirak edib. 
     “Bilik” yarışında IV sinif şagirdləri komanda şəklində iştirak edib.  Münsiflər heyəti tərəfindən suallar hazırlanaraq şifahi şəkildə komandalara təqdim edilmiş və komandanın üzvləri sualı cavablandırıb.
Yarışın yekununda qalib komanda məktəb rəhbərliyi tərəfindən hədiyyələrlə mükafatlandırılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi