İİV-lə mübarizəyə dair maarifləndirmə işi aparılıb
İİV infeksiyasının profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması, QİÇS-lə mübarizəyə dair maarifləndirmə işinin aparılması məqsədi ilə 24 may 2022-ci il tarixində VIII,IX,X,XI sinif şagirdlərinin iştirakı ilə məktəbin akt zalında tədbir keçirildi.
Məktəbin tibb bacısı Hicran Qarayeva insanın immun çatışmazlığı virusunun törətdiyi HIV infeksiyası, Azərbaycanda HIV-ə yoluxma səviyyəsinin göstəricisi barədə, QİÇS-ə yoluxma , QİÇS-dən qorunma yolları barədə şagirdlərə məlumat verib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.