28 May-Respublika Gününə həsr olunmuş sinif təşkilat saatları

      25 may 2022-ci il tarixində məktəbdə siniflər üzrə 28 May-Respublika Gününə həsr olunmuş  sinif təşkilat saatları keçirilib.
    Sinif rəhbərləri Azərbaycan bayrağının dövlət bayrağı kimi təsdiq olunmasından, Vətən yolunda misilsiz xidmətləri olan tarixi şəxsiyyətlərdən, Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda yaranması, onun mövcud olduğu 23 ay ərzində həyata keçirdiyi siyasi, iqtisadi, sosial-mədəni tədbirlər haqqında danışıblar. Şagirdlər Azərbaycan Demokratik Respublikasının yarandığı tarixi şəraitdən, bugünkü müstəqilliyimizdə oynadığı mühüm roldan, müstəqillik yolunda qazandığımız uğurlardan, bu gün dünya ölkələri içərisində Azərbaycan dövlətinin tutduğu yüksək mövqedən bəhs edən təqdimatlar səsləndiriliblər ,mövzuya uyğun rəsmlər, divar qəzetləri hazırlayıblar. Həmçinin şagirdlərin ifasında vətənpərvər ruhlu şeir və mahnıların səsləndirilməsi ruh yüksəkliyi yaradıb.

https://youtube.com/shorts/ajm36Pc3xPQ?feature=share

https://youtu.be/p41VshNzhrc

https://youtu.be/D5YJTbI2QMk

https://youtube.com/shorts/kPEXStMydig?feature=share

https://youtu.be/CWwSlDwmuMM

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi