Şəhid Elcan Məmmədovun ailəsi ziyarət olunub

      Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi daim əziz tutulur. Məktəb rəhbərliyi ,müəllim kollektivi və siniflər mütamadi olaraq şəhid ailələri və qazilərimizi ziyarət edirlər.
     Məktəbin 5C sinif şagirdləri sinif rəhbəri Rafiq Bayramovun başçılığı ilə şəhid Elcan Məmmədovun ailəsini ziyarət edib . Ziyarət zamanı vətən müharibəsi şəhidi Məmmədov Elcan Zöhrab oğlunun həyat və döyüş yolu haqqında maraqlı söhbət ediblər ,qəhrəman şəhidimizin xatirə şəkillərinə ,yadigar qalan şəxsi əşyalarına tamaşa ediblər.
     Qeyd edək ki, Məmmədov Elcan Zöhrab oğlu  09.08.1989-cu ildə Tərtər rayonunda anadan olmuşdur. 2007-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılmışdır. 2018-ci ildə könüllü olaraq  xüsusi zabit kursu keçərək leytenant rütbəsi almışdır. Vətən müharibəsi başlayan zaman Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 28.09.2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq  Sərəncamı ilə ölümündən “Vətən uğrunda” medalı ilə təltif olunub.
   Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi