"Məktəb və ailə”, "Məktəbin nizam -intizam qaydalarında ailənin rolu" mövzusunda sinif təşkilat saatları
Məktəbdə 18 may 2022-ci il tarixində “Məktəb və ailə”, "Məktəbin nizam -intizam qaydalarında ailənin rolu" , "Şagird kimdir ?" mövzusunda sinif təşkilat saatları keçirilib.
Sinif rəhbərləri ailədaxili münasibətlərin şagirdlərin təlim fəaliyyətinə, davranışına, psixoloji durumuna təsiri, ailədə yaranan problemlər və onların həlli yolları, ailə-məktəb-şagird münasibətlərinin qarşılıqlı əlaqəsinin düzgün qurulması mövzuları haqqında geniş məlumatlar verilib. Qeyd edək ki, sinif təşkilat saatlarının keçirilməsində əsas məqsəd məktəb-ailə-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin, məktəbin uşağın psixoloji durumuna təsirini öyrənməkdən ibarətdir.