"Dəyirmi masa" keçirilib
17 may 2022-ci il tarixində məktəb kitabxanasında yazıçı- publisist, dramaturq Yunus Oguzun " Uçurum" romanının müzakirəsi ilə bağlı "Dəyirmi masa" keçirilib.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Vəsilə Həsənova,Günel Cəfərova, kitabxanaçı Minayə Əzimova və Fəxriyyə Səfərovanın təşkilatçılığı ilə keçirilmiş tədbirdə məktəb direktoru Svetlana Nəbiyeva, qəzet müxbiri Röyalə Xəyal iştirak ediblər.
Əsərin müzakirəsi zamanı müəllim və şagirdlərin fikir və mülahizələri ,gəldikləri qənaət maraqla dinlənilib. Oxucuları maraqlandıran suallara aydınlıq gətirilib. Bütün zamanlarda ən böyük problem olan genişmiqyaslı narkoticarətin insan həyatına və dövlətlərin nüfuzuna,xalqın gələcəyinə göstərdikləri təsiri,vurduğu zərbəni çətin problem kimi qarşıya qoyan " Uçurum" əsəri müasir gəncliyin bu istiqamətdə maarifləndirilməsi üçün əlverişli vasitə olaraq dəyərləndirilib. Şagirdlərimizin kitabxanaya olan marağı,mütaliəyə həvəsi" Uçurum " əsəri ilə bağlı düşüncələri bizə bunu deməyə əsas verdi ki, Yunus Oguz bu romanı ilə Azərbaycanln gələcəyi olan gənclərimizə öz sözünü deyə bilib.