“Azərbaycanın təhsil sistemi üçün uşaq müdafiəsi və təhlükəsizliyi ” adlı layihə əsasında görüş

     Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihəsi çərçivəsində məktəbin akt zalında 16 may 2022-ci il tarixində görüş keçirilib. 
     Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı Şahanə Bağırova uşaq təhlükəsizliyi konsepti və prosedurları haqqında bacarıqlarının artırılması istiqamətində maarifləndirici söhbətlər aparıb.Uşaq müdafiəsi və təhlükəsizliyinə dair ilkin anlayışlar, mexanizmə aid siyasət, iş prinsipləri kimi nəzəri mövzular haqqında məktəb rəhbərliyi , psixoloqlar və sinif rəhbərlərləri ,fənn müəllimləri ətraflı şəkildə  məlumatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi