"Ailəm və məktəbim" layihəsinə uyğun olaraq valideynlərlə görüş keçirilib
Cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək vermək məqsədilə 16 may 2022-ci il tarixində məktəbdə "Ailəm və məktəbim" layihəsinə uyğun olaraq valideynlərlə görüş keçirilib. Layihə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin baş psixoloqu Səidə Əhmədova valideynlərə övladlarına yanaşma yollarında düzgün istiqamətlər barədə tövsiyələr verib.
Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması məqsədilə təşkil olunmuş görüşdə məktəb direktoru Svetlana Nəbiyeva ,tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova ,məktəb psixoloqları Cəmilə Məmmədova ,Vüsalə Orucova iştirak edib.