Şəhid məzunumuz Dəmirçiyev Turalın ailəsi ziyarət edilib

      Hər bir şəhid ailəsi bizim üçün əzizdir. Onların yanında olmaq bizə mənəvi güc verir. Şəhid ailələrinə diqqət  göstərmək hər birimizin mənəvi borcudur.
     Azərbaycan Ordusunun böyük qələbəsi ilə yekunlaşan Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrininə hörmət və ehtiramla yad edilməsi məqsədilə 13.05 2022-ci il tarixində məktəbimizin 8A, 8C və 9E sinif şəgirdləri sinif rəhbərlərinin iştirakı ilə Şəhid Dəmirçiyev Turalın ailəsini ziyarət ediblər.
     Ərazi bütövlüyümüz uğrunda  gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarımız xalqımızın iftixar yeridir. Şəhidimizin anası Sədaqət xanım çay süfrəsi arxasında şagirdlərə Turalın qəhrəman döyüşçü kimi könüllü olaraq təlimlərə qoşulması, sonradan isə cəbhə bölgəsində mənfur düşmənə qarşı şərəfli mübarizəsi haqqında fəxrlə danışdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra D. Tural “Vətən Uğrunda” və “Fizulinin azad olunmasına görə” medallarına layiq görülmüşdür. Sədaqət xanım eyni zamanda Turalın uşaqlıq xatirələri haqqında da maraqlı söhbətlər etdi. Söhbət zamanı Şəhid anası  özünü nə qədər tox tutmağa çalışsa da, göz yaşlarını saxlaya bilmədi. Övlad itkisindən acı heç nə ola bilməz. Amma oğlunun qəhrəmanlığı haqqında danışarkən Sədaqət xanımın Turalı tanıtması ona qürur verirdi.     Şəhid anası onları ziyarət etdiyinə və göstərdikləri diqqətə görə məktəbin müəllimləri  C.Pakizə, Q. Aidə, K. Zümrüd,   R. Sevinc müəlliməyə və şagirdlərə öz təşəkkürünü bildirdi. 
     Şəhid ailələri cəmiyyətin həssas təbəqəsidir və onlara göstərilməli olan diqqət hər bir azərbaycanlının mənəvi borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi