15 May - Beynəlxalq Ailə Günüdür

     BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə əsasən  2008-ci ildən etibarən hər il Azərbaycanda15 may Beynəlxalq Ailə Günü kimi qeyd edilir. 
      Bu günün xüsusi qeyd edilməsində məqsəd ailə institutunun inkişafına, cəmiyyətdə ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliğ olunmasına töhfə verməkdir. 
Ailə bir-birini qorumaq, qayğısına qalmaq,  ən çətin günlərdə belə bir-birinə dəstək olmaq, bir yerdə sevinmək, dəyər vermək deməkdir! Ailə - həyatda qazana biləcəyimiz ən böyük uğurumuz, ən əsas mükafatımızdır! 
     Bu münasibətilə 13.05.2022 -ci il tarixli gündə məktəbin akt zalında “Xoşbəxt və möhkəm ailə - sağlam cəmiyyət “adlı ədəbi-bədii tədbir keçirildi. 
      Tədbirdə Sabunçu rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnarə Məmmədova , məktəb direktoru Svetlana Nəbiyeva , tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova ,məktəb psixoloqu Cəmilə Məmmədova ,kitabxana müdiri Minayə Əzimova , müəllim və şagird heyəti iştirak edirdilər. 
     Direktor müavini Aygün Sadıqova , məktəbin musiqi müəllimi Gülnarə Mirzəcanova, Azərbaycan dili və Ədəbiyyat müəllimləri Xalidə Məmmədova,Günel Cəfərovanın təşkilatçılığı ilə keçirilən tədbirdə ailə dəyərlərinin təbliği, qorunması haqqında danışıldı, şagirdlər tərəfindən hazırlanmış maarifləndirici videoçarxlar nümayiş etdirildi, səhnəciklər təqdim olundu , həmçinin mövzuya uyğun şeirlər səsləndirildi və məktəbin xor kollektivi tərəfindən mahnılar ifa olundu .
      Sabunçu rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Elnarə Məmmədova tədbirin sonunda çıxış edərək tədbir təşkilatçılarına minnətdarlığını bildirdi. Tədbirin təşkilatçılarına Sabunçu rayonu Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən   "Təşəkkürnamə"lər  təqdim olundu.

https://youtu.be/ojdxSwGZYrM

https://youtu.be/ZfZgIODZy2w

https://youtu.be/UYEd5wLSAKs

https://youtube.com/shorts/zhH8xcBv92s?feature=share

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi