QUŞ YUVALARI HAZIRLANIB

     Ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə mütamadi olaraq şagirdlərlə işlər görülür.
     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 N-li əmri ilə təsdiq edilmiş Yaşıl layihə "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən 13.05.2022-ci il tarixində məktəbin biologiya müəllimi Arzu İbişovanın başçılığı ilə  7A sinif şagirdləri quş yuvası hazırlayaraq məktəb həyətindəki  ağaclardan asıblar. Şagirdlər hazırladıqları quş yuvalarını gözoxşayan rənglərdə boyamaqla yanaşı, onları yemlə də təmin edərək ağaclara bərkidiblər.          Biologiya müəllimi Arzu İbişovanin və 7A sinif şagirdlərinin təbiətə olan diqqətini əks etdirən bu təşəbbüs hər kəs tərəfindən müsbət qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi