Vətən müharibəsi şəhidi Tural Dəmirçiyevin ailəsi ziyarət edilib

     Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi daim əziz tutulur. Məktəb rəhbərliyi ,müəllim kollektivi və siniflər mütamadi olaraq şəhid ailələri və qazilərimizi ziyarət edirlər.
     12.05.2022-ci il tarixində  məktəbin 5A sinif şagirdləri sinif rəhbəri Zülfiyyə Hacıyeva ilə Vətən müharibəsi şəhidi Tural Dəmirçiyevin ailəsini ziyarət ediblər. Vətənpərvər oğul böyüdən ana ilə Dəmirçiyev Turalın həyat və döyüş yolu haqqında maraqlı söhbət ediblər ,qəhrəman şəhidimizin xatirə şəkillərinə ,yadigar qalan şəxsi əşyalarına tamaşa ediblər.
     Qeyd edək ki, məktəbin məzunu  Dəmirçiyev Tural  Rəfail oğlu 01.10.1992-ci ildə anadan olmuşdur. 1999-cu ildə Rixord Zorge adına 90 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2010-cu ildə məktəbi əla qiymətlərlə bitirmişdir. 
      Dəmirçiyev Tural  Rəfail oğlu Vətənin dar günündə könüllü olaraq Füzuli istiqamətində, ön cəbhədə gedən döyüşlərdə iştirak etmiş,oktyabr ayının 7-də Qarabağda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olmuşdur.Məkanı cənnət olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi