İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı ekskursiya

      12 may 2022-ci il tarixində İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı məktəbin  kitabxana müdiri Minayə Əzimovanın , kitabxanaçı Fəxriyyə Səfərovanın başçılığı ilə məktəbin bir sıra şagirdləri Firidun bəy Köçərli adına  Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər. 
     Şagirdlər 1885-1895-ci illərdə İrəvan Seminariyasında müəllimlik etmiş maarifçi, pedaqoq, ədəbiyyatşünas Firidun bəy Köçərli haqqında elektron məlumat bazası, virtual sərgi və ənənəvi resurslarla tanış olublar.Həmçinin  F.Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, onun seminariyanın ilk müəllimlərindən olduğu, geniş mədəni-maarif işləri apardığı diqqətə çatdırılıb.
     Qeyd edək ki,şagirdlərin mənəvi tərbiyəsinin və intellektual görüşlərinin, həmçinin elmə-biliyə və kitablara marağını artırmaq məqsədilə təşkil olunan ekskursiyadan şagirdlər xoş əhval-ruhiyyə ilə ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi