Ekoloji iməcilik

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 N-li əmri ilə təsdiq edilmiş Yaşıl layihə "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən məktəbin biologiya müəllimi Sendauri Qəribova 9B sinif şagirdləri ilə məktəbin həyətyanı sahəsində ekoloji iməcilik keçirib.
     Ekoloji iməciliyin keçirilməsində məqsəd məktəb həyətinin yaşıllaşdırılması , ağac və çiçəklərə qulluq və əkilməsi olub. Müəllim şagirdlərə ağacların insan həyatında nə qədər böyük rolu olduğu haqqında ətraflı məlumat verib. Ekologiyanın, təbiətin mühafizəsində ağacların əhəmiyyətindən danışılıb. Sonda müəllim və 9B sinif şagirdləri məktəb həyətində ağac və güllər əkiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi