"Təbiəti qoruyanlar" layihəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 N-li əmri ilə təsdiq edilmiş "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən məktəbin biologiya müəllimi Sendauri Qəribova 6F sinif şagirdləri ilə açıq havada dərs keçib.
Dərs zamanı şagirdlər təbiətin qoynunda praktiki məşğələ keçiblər. Müəllim şagirdlərə təbiəti sevməyin vacibliyini aşılayaraq onlara ağaclar , bitkilər haqqında ətraflı məlumat verib. Həmçinin şagirdlər hava və iqlim dəyişikliyini canlı izləyiblər .