Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirilib

       Məktəbdə siniflər üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirilib.
     Sinif rəhbərləri şagirdlərə dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri haqqında geniş məlumat verib .Bildirilib ki , Ulu Öndər daim Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. 
Həmçinin şagirdlərin təqdimatında Ulu Öndərin həyat və yaradıcılığı haqqında müxtəlif şeirlər, mahnılar, rəqs kompozisiyaları təqdim olunub,divar qəzetləri hazırlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi