Şəhid Əli Seyidovun ev muzeyi ziyarət olunub

     6 may 2022-ci il tarixində məktəb rəhbərliyi , bir qrup müəllim və şagird kollektivi şəhid Əli Seyidovun ev muzeyini ziyarət edib ,şəhid anası Lalə xanımla görüşüblər. Ziyarət zamanı bildirilib ki, qəhrəman ananın körpəlikdən vətənpərvər ruhda böyütdüyü Əli  Vətən, xalq yolunda etdiyi xidmətlərlə qürur duyuruq.
      Şagirdlər Seyidov Əlinin ev muzeyindəki şəxsi əşyaları ilə , döyüş yolu ilə yaxından tanış olublar.  Məktəbin direktoru Svetlana Nəbiyeva  Vətən üçün canından keçən igidlərimizin ən uca zirvəyə ucaldığını və heç vaxt unudulmayacağını söyləyib. Şagirdlərin ifasında səslənən vətənpərvərlik mövzusunda kompozisiya maraqla dinlənib. 
     Qeyd olunub ki,doğma torpaqlarımızın mənfur erməni işğalçılarından azad olunmasında canıyla, qanıyla iştirak edən, şəhidlik  zirvəsinə ucalan  məktəbimizin məzunu Seyidov Əlinin ruhu qarşısında baş əyirik. 
     Seyidov Əli 11.07.1999-cu ildə Bakı şəhərində anadan olub.2006-cı ildə Sabunçu rayonu Rixord Zorge adına 90 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub.  Vətənpərvərliyi ilə,cəsarəti ilə seçilən şagirdlərdən biri olmuşdur. 2017-ci ildə məktəbi bitirmişdir.2020-ci il oktyabr ayının 4-də Qarabağ  döyüşlərində Suqovuşanın azad olunması uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmışdır. Ruhu şad olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi