Şagirdlərimiz Bakı Kitab Mərkəzində

     İnsanın mənəvi dünyasının zənginləşməsində və yetkin şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu əvəzsizdir. Mütaliə insan üçün uğurlu həyat yolunun başlanğıcıdır. Filosof Spenserə görə, bəşəriyyət həmişə ancaq şəxsi mütaliə yolu ilə müvəffəqiyyətlə inkişaf etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, mütaliə bütün biliklərin əsasıdır.
     Mütaliənin insan həyatındakı rolunu dərindən anlayan 11B sinif şagirdləri bu gün Bakı Kitab Mərkəzində oldu . 
     Bakı Kitab Mərkəzi rəsmi olaraq 2018-ci il sentyabr ayının 1-də açıq elan olunub.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış və kitab satışına tamamilə fərqli bir konsepsiya ilə başlamışdır. 
     1-ci mərtəbədə Azərbaycan və xarici dillərdə dünya bestsellerləri, incəsənətə aid olan gözəl albomlar, turist bələdçiləri, musiqi kitabları satılır.
      Mərkəzin 2-ci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün ayrı, uşaqlar üçün isə ayrıca guşələr, dəftərxana malları şöbəsi, müxtəlif ədəbi və mədəni tədbirlər keçiriləcək təqdimat hissəsi və elmi fəaliyyətlə məşğul olanlar üçün nəzərdə tutulmuş tədris guşəsi fəaliyyət göstərir.
      Bakı Kitab Mərkəzindən dərin təəssüratla ayrılan 11B sinif şagirdləri Şirvanşahlar sarayı kompleksini də ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi