Bakı Zooparkına ekskursiya təşkil olunub

     Ekologiya aylığı çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 N-li əmri ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən 3 may 2022-ci il tarixində məktəbin 7R və 9R sinif şagirdləri Bakı Zooparkına ekskursiya ediblər.
     Zooparkda uşaqlar nadir heyvanlarla tanış olublar.  Müəllim Elmira Əliyevanın başçılığı ilə təşkil olunan ekskuriyada Azərbaycanın zəngin faunasının olması şagirdlərin nəzərinə çatdırılıb. Şagirdlər zooparkda olan heyvanlar haqqında ətraflı məlumatlar əldə ediblər. Həmçinin Elmira Əliyeva şagirdlərə heyvanların və quşların həyat tərzi və qidalanması ilə bağlı maraqlı məlumatlar  verib . Ekskursiya şagirdlərin hafizəsində  yaddaqalan xoş xatirəyə çevrilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi