Mütaliəyə maraq uğurlu gələcək deməkdir

      Cəmiyyətdə mütaliə mədəniyyətini formalaşdırmaq prosesinə ilk növbədə ailələrdə və məktəblərdə uşaqların mütaliə həvəsini yüksəltmək üçün işlərdən başlamaq lazımdır. “Pedaqoji fikir tarixindən” kitabında V.A.Suxomlinskinin qeyd etdiyi kimi “Məktəb yalnız o zaman əsl mədəniyyət ocağı olur ki, orada dörd pərəstiş olur: Vətənə pərəstiş, insana pərəstiş, kitaba pərəstiş və doğma sözə pərəstiş”.
     Mütaliə, tədris, təhsil və tərbiyə bir növ vəhdət təşkil edir. Məncə, bu amillər insanın məktəbə qədəm qoyduğu vaxtdan ömrünün sonuna qədər onu izləyir. Əsl təhsil yalnız mütaliə ilə əldə edilir. 
     Bu məqsədlə məktəbimizin 7A sinfində mütəmadi olaraq mütaliənin əhəmiyyəti vurğulanır, maarifləndirici söhbətlər aparılır , oxu saatları keçirilir , oxunmuş əsərlər müzakirə edilir  və təhlil  olunur. 
     7A sinif şagirdləri isə digər yaşıdlarını da bədii qiraətə təşviq etmək üçün öz mütaliə maraqlarını əks etdirən video təqdimat hazırlamışlar.

https://youtu.be/Uj00CeFotao

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi