"Qarabağın Coğrafiyası" mövzusunda Breyn-Rinq

      29 aprel tarixində 90 N-li məktəbin Coğrafiya müəllimi Ramilə Məmmədlinin təşəbbüsü ilə 90 və 316 N-li məktəblər arasında intellektual bilik yarışı keçirildi.Yarış 2022- Şuşa ili çərçivəsində təşkil olunmuşdu.
     İlk öncə 90 N-li məktəbin direktoru Svetlana Nəbiyeva və 316 N-li məktəbin direktoru Gülnarə Hənifəyeva çıxış edərək məktəblərarası bilik yarışının əhəmiyyətindən danışdılar.
     Yarışda 90 N-li məktəbin "Qarabağ fatehləri" və "Mübarizlər",316 N-li məktəbin "Zəfər" və "Dəmir Yumruq" komandaları iştirak etdilər. 
Tədbir 90 N-li məktəbin 11-ci sinif şagirdləri Vüsal və Rəşid,7-ci sinif şagirdi Sərkərova Zəhra və 316 N-li məktəbin 7-ci sinif şagirdi 
Yusif İmanlı,Cabbarzadə Sevgi,Cəlalzadə Nərminin nümayiş etdirdikləri gözəl ifalar ilə yaddaşlarda qaldı.
     Final mərhələsində 90 N-li məktəbin "Qarabağ fatehləri" komandası qalib gəldi.Qeyd edək ki ,bu yarışın məğlubu yoxdur,şagirdlərimizin hamısı Qarabağımızın füsunkar Coğrafiyasını dərindən öyrəndilər,bilik mübadiləsi apardılar.

https://youtu.be/GMrbc1Lyy6Q

https://youtu.be/HobuecsJ2k4

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi