"Sadə elektrik dövriyyəsi" mövzusunda STEAM dərsi
STEAM dərsində 6D sinfində müəllim Məmmədli Ramilə şagirdlərə "Sadə elektrik dövriyyəsi,elektrik keçiriciliyi" mövzusunda dərs keçib. Şagirdlər sadə elektrik dövriyyəsi – elektrik fənər dövriyyəsi ilə tanış olub, verilən ləvazimatlardan istifadə edərək elektrik lampalı dövriyyə yığıblar. Həmçinin elektrik dövriyyəsində lampaların sayını, paralel və ardıcıl birləşmələri, açarı elektrik dövriyyəsinin müxtəlif hissələrinə qoşaraq müşahidələrini qeyd aparıb.